Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Təkrar ali və orta ixtisas təhsili üzrə sənəd qəbulu başlayır

4 iyun saat 15:00-dan əlavə təhsilin “Təkrar ali və orta ixtisas təhsili” istiqaməti üzrə sənəd qəbulu prosesinə start verilir.

Bakigundem.com xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə müraciət etmək istəyənlər portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər. 

Sənəd qəbulu prosesi 31 avqust 2026-ci il saat 23:59-da başa çatacaq. 

Qeyd edək ki, təkrar təhsil hüququ əvvəlki təhsil səviyyəsinə uyğun müəyyən edilir. Qəbul təhsil müəssisələrinin müvafiq tədris ili üçün təsdiq olunmuş qəbul planına uyğun ixtisaslar və təhsilalma formaları üzrə həyata keçirilir.

Bundan başqa, təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla hesablanır. 

Təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir, təhsil haqqı isə müddətə uyğun olaraq müəssisə tərəfindən müəyyən edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *