Sinqapur Prezidenti İlham Əliyevi təbrik edib

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Bakigundem.com xəbər verir ki, təbrik mətnində deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *