Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu mərhələdə Zəngilan şəhərinə 59 ailə olmaqla 235 nəfər, Şükürbəyli kəndinə isə 97 ailə olmaqla 419 nəfər köçürülüb.
Sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.















Leave a Reply