Xətai rayonunda məktəb qarşısındakı qətlin təfərrüatları məlum olub

Ötən gün Bakının Xətai rayonunda 56 nömrəli məktəbin qarşısında baş verən qətlin təfərrüatı məlum olub.

Bakigundem.com APA TV-yə istinadən xəbər verir ki, Firuz Qəmbərov küçəsində münaqişə zəminində 2008-ci il təvəllüdlü Arda Qurbanlı bıçaq xəsarəti alaraq ölüb. Hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şahidlərinin sözlərinə görə, insident Arda Qurbanlının Qüdrət Mahmudova söz atması ilə başlayıb.

Şahidlərdən biri hadisə ilə bağlı bunları deyib:

“Üç nəfər olublar: iki oğlan, bir qız. Qıza söz atıblar, qızın yanındakı oğlan da digərini bıçaqla vurub. Oğlanı görmüşdüm, amma tanışlığım yox idi”.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *