Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən İlyas Əmirov saxlanılıb.
Bakigundem.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, həmin şəxsdən 4 kiloqram tiryək və 1 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb,
məhkəmənin qərarı ilə İ.Əmirov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.








Leave a Reply