Ağdaşda silahlı insident baş verib.
14 yaşlı M.Ə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan 51 yaşlı qadına dəyib.
Qadın qarın nahiyəsindən xəsarət alaraq xəstəxanaya müraciət edib.
Hadisədə istifadə olunan tir tüfəngi polis tərəfindən götürülüb, faktla bağlı araşdırma aparılır.
M.Ə-nin Ağdaşda tanınmış sahibkar Məhəmməd Əliyevin nəvəsi olduğu bildirilir.














Leave a Reply