Şəkidə ötən gün sel sularının apardığı körpü-keçid bərpa edilir.
Bakigundem.com “Report”-a istinadən məlumat verir ki, mayın 24-də axşam saatlarında intensiv yağışlar nəticəsində ərazidən keçən sel rayonun Cunud kəndini Şəki şəhəri və Baş Layısqı kəndi ilə birləşdirən körpü-keçidi yararsız vəziyyətə salıb.
Nəticədə kənd əhalisinin şəhərlə gediş-gəliş əlaqəsi kəsilib.
Bu gün səhər saatlarından etibarən, Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən keçidin bərpa işlərinə başlanılıb. Hazırda ərazidə texnikaların köməyi ilə bərpa işləri aparılır.














Leave a Reply