Yol hərəkəti qaydalarını pozan sürücülərə tətbiq olunan cərimə balları sistemi yenidən diqqət mərkəzindədir. Son vaxtlar ictimai müzakirələrdə ən çox diqqət çəkən məsələlərdən biri də mövcud 20 ballıq limitin dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlıdır.
Bakigundem.com xəbər verir ki, bu istiqamətdə qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi nəzərdən keçirilir. Bildirilir ki, Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə hazırlanmış layihə əsasında Milli Məclisdə müvafiq müzakirələr aparılır.
Mövzunun geniş rezonans doğurmasının əsas səbəbi bir çox sürücünün hazırkı həddi sərt hesab etməsidir. Cərimə ballarının qısa müddətdə 20-yə çatması və bunun nəticəsində sürücülük hüququnun məhdudlaşdırılması narazılıqlara səbəb olur.
Bu narazılığın kökündə isə əsasən dayanma və durma qaydalarına görə hesablanan ballar dayanır. Səkiyə çıxma, piyada keçidinə və ya yol ayrıcına yaxın məsafədə dayanma, avtobus zolağından istifadə, eləcə də ikinci cərgədə parklanma kimi hallar həm pul cəriməsi, həm də əlavə cərimə balı ilə müşayiət olunur. Müzakirə olunan variantlar arasında isə pul cərimələrinin saxlanılması, lakin bəzi xətalar üzrə cərimə ballarının ləğvi, yaxud ümumi həddin müəyyən qədər qaldırılması kimi yanaşmalar yer alır.













Leave a Reply