Azərbaycan Respublikasının “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunundan irəli gələn tələblərə uyğun olaraq, “SOCAR Tower” inzibati binasında və SOCAR-ın strukturuna daxil olan 38 müəssisə və təşkilatda enerji idarəçilərinin müəyyən edilməsi məqsədilə keçirilən attestasiya başa çatıb.
Energetika Nazirliyindən Bakigundem.com-a bildirilib ki, ümumilikdə 105 nəfər namizədin cəlb olunduğu attestasiyada 54 nəfər enerji idarəçisi vəzifəsinə uyğun hesab edilib, 3 nəfər isə ehtiyat siyahısına salınıb.
Layihənin uğurla başa çatdırılması enerji idarəetmə sisteminin gücləndirilməsi, peşəkar insan kapitalının formalaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji effektivliyinin artırılması, karbon emissiyalarının azaldılması və dayanıqlı inkişaf hədəflərinin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.












Leave a Reply