Sabunçuda Yeni Ramana küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Sabunçu rayonunda təmir işləri ilə əlaqədar avtomobillərin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bakigundem.com-a bildirilib ki, bu gün saat 20:00-dan etibarən Yeni Ramana küçəsinin Asif Əsədullayev küçəsi ilə kəsişməsindən Yeni Suraxanı dairəsinədək olan hissəsində təmir işləri aparılacaq. Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən yolda sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *