Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Qəbələdə 5.1 maqnitudalı zəlzələ baş verib

Qəbələ rayonunda 5.1 maqnitudalı zəlzələ qeydə alınıb. 

Bakigundem.com xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:13-də Qəbələ rayonunda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 5 – 3 bala qədər hiss olunub.

Qəbələ stansiyasından 11 km cənub-qərbdə qeydə alınan təbii fəlakət 42 kilometr dərinlikdə olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *