Prokuror sərt cəza istədi,məhkəmə güzəştə getdi

Bakigundem.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, polisin 2024-cü ildə kibercinayətkarlığa qarşı keçirdiyi genişmiqyaslı əməliyyatla həbs edilən dəstə üzvlərinin məhkəməsi maraqlı hökmlə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən Bahadır və İkram Qasımov qardaşları, Fərhad Quliyev, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədova qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və valyuta tənzimi qaydalarının pozulması ilə bağlı ittihamlar irəli sürülüb.

Məhkəmə təqsirləndirilən şəxslərin cəzalarını Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə müəyyən edib. Bahadır Qasımovun həbsdə keçirdiyi 2 il 11 ay cəzası yetərli sayılıb. İkram Qasımov və Fərhad Quliyev 4 il 6 ay, Cavid Əzizov və Anar Əhmədov 4 il, Vəli Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Həmçinin, əsasən İkram Qasımov və onun yaxınlarına məxsus yüzlərlə milyon manat dəyərində qiymətləndirilən əmlak üzərindəki həbs qərarı ləğv olunub. Təxminən 100 avtomobil, villalar, mənzillər, qeyri-yaşayış sahələri, qayıqlar və digər əmlak siyahıya daxil olub.

İkram Qasımovun ofisindən və evindən götürülən 3 milyon manatdan artıq nağd pul, 1 milyon manatlıq qızıl-zinət əşyaları, Xızıdakı bağ evi və bir neçə nəqliyyat vasitəsi isə müsadirə edilib.

Qeyd edək ki, Bahadır və İkram Qasımovlar xaricə və Azərbaycana qanunsuz pul köçürmələrində ittiham olunublar. İstintaqa görə, “Bahadırın bankı” kimi tanınan şirkət vasitəsilə xarici ölkələrə 254 milyon 409 min 947 manat köçürülüb və bu məbləğdən 2,5 milyon manat xidmət haqqı kimi onlara qalıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *