Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Müavinət, təqaüd və sosial yardımların ödənişi başa çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosyal Müdafiə Fondu tərəfindən bu gün may ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Bakigundem.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.

Bundan əvvəl mayın 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, mayın 20-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin may ayı üzrə pensiyaları ödənilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *