Mayın 13-də hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Cənub-şərq küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22°, bəzi yerlərdə 26° isti olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *