Lənkəranda evdən 75 min manat və seyf oğurlandı – 3 nəfər saxlanıldı

Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75000 manat olan seyfin oğurlanması barədə polisə məlumat daxil olub. 

DİN-dən Bakigundem.com-a bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən İsmət Baxşiyev, Seyhun Hüseynov və Yusif Nuriyev saxlanılıblar. 

Saxlanılan şəxslərin hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı başlanılmış cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *