İmişlidə 65 ədəd çətənə kolu aşkarlanıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 49 yaşlı Rafiq Səmədov saxlanılıb.

DİN-nin mətbuat xidmətindən  Bakigundem.com-a bildirilib ki, onun yaşadığı ünvana baxış zamanı aqrotexniki qaydada qulluq göstərərək yetişdirdiyi 65 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Rafiq Səmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *