Cari ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınmaqla onların 90,7 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilmişdir.
Bakigundem.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.
Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir.












Leave a Reply