Haluk Levent barəsində saxlanılma qərarı verilib

Müğənni və AHBAP Dərnəyinin rəhbəri Haluk Levent barəsində saxlanılma qərarı verilib.

Bakigundem.com xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun AHBAP Dərnəyinin fəaliyyəti ilə bağlı apardığı istintaq çərçivəsində Haluk Levent haqqında saxlanılma qərarı çıxarılıb.

Bildirilir ki, araşdırma dərnəyin fəaliyyəti ilə bağlı davam edir. İstintaqın detalları ilə bağlı rəsmi qurumlar hələlik əlavə məlumat açıqlamayıb.

Xatırladaq ki, Haluk Levent bir neçə gün əvvəl səhhətində yaranan problemləri və son dövrdə yaşadığı prosesləri əsas gətirərək, illik audit başa çatdıqdan sonra AHBAP Dərnəyinin rəhbərliyindən ayrılacağını bildirmişdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *