Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

FHN-də kadr dəyişikliyi olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub. 

Bakigundem.com-un məlumatına görə, FHN-nin Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Seyidməmmədov Anar Aynal oğlu öz ərizəsinə əsasən ehtiyata buraxılıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir neçə gün əvvəl bu barədə əmr imzalayıb. 

Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi vəzifəsində çalışırdı. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *