“Son zəng” tədbirləri ilə əlaqədar polis əməkdaşları tərəfindən təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlər görüləcək.
Bakigundem.com xəbər verir ki, bu barədə DİN-nin yaydığı məlumatda bildirilir.
Qeyd olunub ki, təhsil müəssisələrinin ətrafında ictimai qaydanın qorunması, məzunların və digər iştirakçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşlarının xidməti gücləndirilmiş rejimdə təşkil ediləcək.
“Məzunları əlamətdar gün münasibətilə təbrik edir, onları ictimai davranış və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq”, – deyə məlumatda vurğulanıb.













Leave a Reply