Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

DİN: Bir gündə 62 cinayətin üstü açılıb

İyunun 24-də ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə Bakigundem.com-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 209, o cümlədən borclu şəxs qismində axtarışda olan 165 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *