Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.
Bakigundem.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğın onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş verib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Qeyd edək ki, Ceyranbatan Eko yaşayış kompleksində daha əvvəl də oxşar hadisənin baş verdiyi bildirilir. Bu hal yaşayış kompleksində yanğın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.














Leave a Reply