Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Bilgəhdə batan gəncin meyiti tapılıb

İyunun 21-də Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2005-ci il təvəllüdlü Vüqar Şahin oğlu Adnayevin meyiti batdığı yerdən təxminən 8 kilometr məsafədə aşkarlanıb.

Bu barədə Bakigundem.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *