Bakıda yeni tunel tikiləcək

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində tunel tipli yolötürücüsü inşa ediləcək.

Layihə çərçivəsində dairəvi hərəkət təşkil olunacaq və Qaradağ istiqamətində yan yol yaradılacaq. Bu dəyişikliklə nəqliyyat axınlarının müxtəlif səviyyələrə ayrılması və sıxlığın azaldılması nəzərdə tutulur.

Piyadalar üçün də təhlükəsiz və rahat hərəkət infrastrukturu yaradılacaq.

Yeni yol həlli 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsinə xidmət edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *