Bakı Limanında konteyner daşımaları 30% artaraq rekord həddə çatıb

2026-cı ilin yanvar-sentyabr aylarında Bakı Limanında təxminən 100 000 TEU həcmində konteyner daşınması həyata keçirilib.

Bakigundem.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bu, ötən ilin eyni dövrü ilə (77 300 TEU) müqayisədə təxminən 30% artım və növbəti rekord göstəricidir.

Analoji dövrdə limanda aşırılmış ümumi yük həcmi 4% artaraq 6.35 milyon tona, quru yük həcmi isə 71% artımla 1.75 milyon tona çatıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *