Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 65 milyard 207 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bakigundem.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 0,8 % çoxdur.
O cümlədən, son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 0,7 % azalaraq 19 milyard 610,5 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 1,5 % artaraq 55 milyad 596,5 milyon manata çatıb.













Leave a Reply