Azərbaycanda təhlükəli hava hadisələrinin tezliyi və gücü artıb

Son 10 ildə Azərbaycanda şiddətli və təhlükəli hava hadisələrinin tezliyi və gücü nəzərəçarpan dərəcədə pisləşib.

Bakigundem.com xəbər verir ki, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən tədbirdə ölkənin ciddi iqlim riskləri ilə üz-üzə qaldığını bildirib.

Nazir müavininin sözlərinə görə, mövcud vəziyyət dövlət qurumlarının inkişaf planlarında iqlim amilini mütləq nəzərə almasını tələb edir:

“Avropadakı anomaliyalı istilər və Nepalda baş verən dağıdıcı sellər də daxil olmaqla, qlobal miqyasda yaşanan iqlim böhranı bu məsələyə xüsusi həssaslıqla yanaşılmasının vacibliyini göstərir”.

U. Tağıyeva vurğulayıb ki, süni intellekt texnologiyalarının tətbiq edildiyi erkən xəbərdarlıq sistemləri iqlim dəyişikliklərinin vurduğu zərəri 30 faizədək azalda bilər.

Hazırda bütün dünyada bu cür müasir texnologiyaların iqlim risklərinin idarə olunmasına inteqrasiyası istiqamətində mühüm addımlar atılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *