Azərbaycanda ötən gün 40 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb

Oktyabrın 12-də ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 50, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *