Azərbaycanda bir gündə 57 cinayət açılıb

Avqustun 12-də ölkə ərazisində qeydə alınan 57, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən  Bakigundem.com-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 120, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 92 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *