Azərbaycanda 8 ayda 35,3 min şəxsə əlillik təyin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 35,3 min şəxsə əlillik təyin edilib.

Bu barədə Bakigundem.com-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 14,7 min şəxsə ilkin, 20,6 min şəxsə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, tibb müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *