Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Pakistan İslam Respublikasının İqtisadi İşlər Nazirliyinin katibi Muhammad Humair Karim ilə görüşüb.

Bakigundem.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər dost və qardaş ölkələr arasında mövcud tərəfdaşlığın iqtisadi sahədə daha da genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı qarşılıqlı maraq doğuran sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinin və iqtisadi əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *