Azərbaycan və Böyük Britaniya müdafiə sənayesi və texnologiya sahəsində əməkdaşlığı müzakirə edib

Britaniyalı diplomat Duncan Norman müdafiə sənayesi və texnologiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevlə görüşüb.

Bakigundem.com xəbər verir ki, bu barədə Duncan Norman “X” hesabında paylaşım edib.

O bildirib ki, görüşdə Böyük Britaniyanın müdafiə naziri Vernon Koaker ilə birlikdə müdafiə sənayesi, texnologiya və innovasiya sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub.

Diplomat qeyd edib ki, texnologiyalar silahlı qüvvələrin fəaliyyət və təhdidlərə cavab vermə üsullarını dəyişir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *