Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Azov dənizində PUA hücumu nəticəsində ölən gəmi kapitanı Rəcəb Əhədov dəfn olunub

Azov dənizində PUA hücumu nəticəsində ölən gəmi kapitanı Rəcəb Əhədov dəfn olunub.

Bakigundem.com APA-ya istinadla xəbər verir ki, Rəcəb Əhədovun nəşi doğulduğu Neftçala rayonuna gətirilib. Onunla vida mərasimində gəmi kapitanının ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Rəcəb Əhədov rayonun Yenikənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Neftçala şəhər sakini, 1976-cı il təvəllüdlü Rəcəb Firudin oğlu Əhədov uzun zamandır gəmi kapitanı kimi çalışıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *