Ana Toni: İqlim gündəliyi davamlı yenilənməlidir

İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir.

Bakigundem.com-un məlumatına görə, bunu COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.

Onun sözlərinə görə, icra işinin sürətləndirilməsi istiqamətində də işlər aparılır:

“Yəni biz öhdəlikdən həll yoluna, həll yolundan isə icraya doğru irəliləyirik. Ona görə də COP30 çərçivəsində beşillik fəaliyyət planı təsdiqlənib. Hesab edirəm ki, bu, bütün proseslər üçün nümunəvidir”.

COP30-un icraçı direktoru deyib ki, dünyada hazırda iqlim məsələlərindən doğan ərzaq təhlükəsizliyi istiqamətində də müəyyən suallar mövcuddur.

Ana Toni çıxışının sonunda Türkiyədə keçirləcək COP31-ə də toxunub:

“Hesab edirik ki, COP31 çərçivəsində müxtəlif səviyyəli yeniliklərə də şahid olacağıq. Biz COP31-in iqlim fəaliyyətimizi Türkiyədə uğurla davam etdirəcəyimizə inanır, COP31-i sözügedən prosesdə mühüm mərhələ kimi görürük”.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *