Bakı Gündəm

Doğru Xəbər, Real Gündəm

Ağsuda oğurluq edən şəxs həbs olunub

Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Bakigundem.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *