Ağsuda dağlıq ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən Bakigundem.com-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *