Ağdamda minalanmış ərazilərdə baş verən yanğınlar söndürülüb

Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş verən yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, söndürülüb.

Bu barədə Bakigundem.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sözügedən ərazilərdə baş verən yanğınlar ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində söndürülüb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *