Bakıda avtobusla sərnişindaşımada rekord göstərici qeydə alınıb.
Bu barədə Bakigundem.com Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin oktyabr ayında paytaxtda müntəzəm marşrut avtobusları ilə 53 921 482 sərnişin daşınıb. Cari ilin ilk 9 ayı ərzində isə avtobuslarla daşınan sərnişinlərin sayı 386 227 196 nəfər təşkil edib.
Bu, 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 15%-dən çox, 9 ayı ilə müqayisədə isə 7% artım deməkdir.










Leave a Reply