Polis noyabrın 2-də 67 cinayətin açılmasını təmin edib, 122 axtarışda olan şəxs saxlanılıb

Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-dən Bakigundem.com-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *