Bakının iki rayonunda yollarda hərəkət qismən məhdudlaşdırılacaq

Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.

Bakigundem.com Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir ki, təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.

Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.

AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *