DİN: Bir gündə 49 cinayət açılıb, 48 şübhəli saxlanılıb

Oktyabrın 6-da ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Bakigundem.com-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *