Lerikdə restoran sahibinin AQTA əməkdaşlarının yoxlama aparmasına mane olduğu bildirilir.
Bakigundem.com xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunda yerləşən “Çənlibel” restoranında baş verib.
Daxil olan şikayət əsasında yoxlama keçirmək üçün restorana gələn Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının fəaliyyətinə obyektin sahibi tərəfindən maneə yaradılıb.
Restoran sahibinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yoxlamanın keçirilməsi üçün şərait yaradılmayıb.
Faktla bağlı məhkəməyə müraciət olunub. Məhkəmənin qərarı ilə restoran sahibi 3000 manat məbləğində cərimələnib.














Leave a Reply