DİN: Bir gündə 47 cinayət açılıb, 39 şübhəli saxlanılıb

Oktyabrın 5-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-dən Bakigundem.com-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 55, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *