Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Bakigundem.com xəbər verir ki, nazir müəllimliyi ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biri kimi qiymətləndirib.
Emin Əmrullayev bildirib ki, müəllimlik peşəsinin əsas missiyası yalnız bilik verməklə məhdudlaşmır. Onun sözlərinə görə, bu peşənin əsas məqsədlərindən biri savadlı və məsuliyyətli nəsillər yetişdirməkdir.
Nazir müəllimlərə göstərdikləri fədakarlığa görə təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb.














Leave a Reply