Səbail rayonunun Badamdar qəsəbəsində yaşıllıq sahə məhv edilərək yerində obyekt tikilib.
Bakigundem.com Baku TV-ə istinadən xəbər verir ki, paytaxtın Buta küçəsində yerləşən ərazidə yaşıllıq sahəsi dağıdılıb və yüksək gərginlikli elektrik xəttinin keçdiyi ərazidə tikinti aparılıb. Hazırda həmin sahədə obyektin yerləşdiyi bildirilir.
Ərazidə yaşayan sakinlər yaşıllığın məhv edilməsinə və tikintiyə etiraz edirlər. Onlar obyektin hansı əsaslarla və hansı icazələr əsasında inşa edildiyinin araşdırılmasını istəyirlər.
Sakinlər həmçinin Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalova etirazlarını bildirərək, ərazidə aparılan tikintiyə niyə müdaxilə edilmədiyini soruşurlar.
Qeyd edək ki, obyektin tikintisinin təxminən 3-4 ay əvvəl həyata keçirildiyi bildirilir.
















Leave a Reply