Azərbaycanda icra başçısı olmayan rayonların sayı 4-ə düşüb

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib.

Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev Bakı şəhərinin Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Bakigundem.com xəbər verir ki, yeni təyinatlardan sonra Azərbaycanda icra başçısı olmayan rayonların sayı 4-ə düşüb. Onlardan ikisi Naxçıvan Muxtar Respublikasında yerləşir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *