Cəlilabad rayonunun Dələli kəndində fərdi yaşayış evində yanğın baş verib.
Bakigundem.com xəbər verir ki, hadisə Qədir Qürbətova məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb. Əraziyə yanğınsöndürən qüvvələr cəlb olunub.
Yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.
Hadisənin başvermə səbəbi və yanğın nəticəsində dəymiş ziyanın həcmi araşdırılır.











Leave a Reply