Lənkərandakı cəzaçəkmə müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır
Casusluqda təqsirləndirilərək məhkum edilən Fransa vətəndaşı Martin Ryan həbsdən azad olunub.
Bakigundem.com xəbər verir ki, bu barədə Penitensiar xidmətin rəisinin müavini general-mayor Oktay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası zamanı bildirib.
O deyib ki, Penitensiar xidmətin Lənkərandakı müəssisəsindən 2 nəfər azadlığa buraxılıb, onlardan 1-i Fransa vətəndaşıdır. Həmçinin Naxçıvandakı müəssisədən 2 və digər cəzaçəkmə müəssisələrinin hər birindən 1 nəfər olmaqla, əfvə düşən şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar və onlar sərbəst buraxılıblar.












Leave a Reply