“Arzum 9999” ləqəbli blogerin məhkəmə prosesi başladı

“Arzum 9999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıgundem.com xəbər verir ki, o, ölümlə nəticələnən yol qəzası və hadisə yerini tərk etməkdə təqsirləndirilir. Cinayət işi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatına verilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyun ayında Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər həyatını itirib, digər şəxs isə ağır xəsarət alıb.

Məhkəmənin növbəti iclası mayın 26-na təyin olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *