Azərbaycanda orta aylıq əməkhaqqı 7,2 faiz artaraq 1 177 manata çatıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 % artaraq 1 177 manat təşkil edib.

Bakigundem.com bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *